Yuxarı

"Bavariya"nın futbolçuları Levandovski ilə Robben arasında münaqişə baş verib

Hadisə məşq zamanı yaşanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun futbolçuları Aryen Robbenlə Robert Levandovski arasında münaqişə baş verib. "Report"un məlumatına görə, insident məşq zamanı yaşanıb. 

Levandovski Robbenə qışqıraraq, onu eqoist adlandırıb. Məşqdən sonra polşalı hücumçu hadisəni şərh etmək istəməyib. O, "hər şeyi özünüz gördünüz" - deyib. 

"Bavariya"nın idman direktoru Matias Zammer isə bunları deyib: "Oyunçu hərdən əsəbiləşirsə, burada heç bir problem yoxdur. Özüm karyeram ərzində neçə dəfə belə situasiya ilə üzləşmişəm". 

Qeyd edək ki, Robert Levandovski bu mövsüm Almaniya Bundesliqasında 14, Çempionlar Liqasında 4 qol vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi