Yuxarı
    Bağlamaq

    "Bavariya" klubu yeni baş məşqçisini təqdim edib

    Tam enerji ilə işə başlayacağım günü səbirsizliklə gözləyirəm

    Bakı. 11 iyul. REPORT.AZ/ Karlo Ançelotti Almaniyanın "Bavariya" futbol komandasının baş məşqçisi kimi rəsmən təqdim olunub. 

    "Report"un məlumatına görə, 57 yaşlı mütəxəssis bu vəzifədə Xosep Qvardiolanı əvəzləyib.

    X.Qvardiola İngiltərənin "Mançester Siti" komandasının sükanı arxasına keçib.

    K.Ançelotti Münhen klubundakı işləməyin çox xoşuna gəldiyini bildirib: "Bu, mənim üçün yeni təcrübədir. "Bavariya"ya gəldiyim üçün şadam. Tam enerji ilə işə başlayacağım günü səbirsizliklə gözləyirəm".

    Qeyd edək ki, Karlo Ançelotti "Bavariya"da Covanni Trapattonidən sonra baş məşqçi vəzifəsində çalışan ikinci italiyalıdır. Onun son iş yeri 2013 - 2015-ci illərdə çalışdığı İspaniya "Real Madrid"i olub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi