"Bavariya" "Hamburq"u yenərək xal hesabında lider "Borussiya"ya çatıb - VİDEO

"Bavariya" "Hamburq"u yenərək xal hesabında lider "Borussiya"ya çatıb - VİDEO Görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb
Futbol
21 Oktyabr , 2017 23:54
Bavariya Hamburqu yenərək xal hesabında lider Borussiyaya çatıb - VİDEO

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Bavariya" Almaniya çempionatının 9-cu turunda səfərdə "Hamburq" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Hamburqun "Folksparkştadion" stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə və qələbə qolunu fransalı xavbek Korentin Tolisso vurub.

"Bavariya" bu qələbə sayəsində 20 xal toplayıb və Bundesliqa cədvəlində ikinci yerə yüksəlməklə xal hesabında çempionata liderlik edən Dortmund "Borussiya"sına çatıb. "Hamburq" (7) — 15-cidir.

Almaniya - Bundesliqa. 9-cu tur

"Hamburq" – "Bavariya" - 0:1

0:1 – Tolisso – 52

Son xəbərlər

Orphus sistemi