"Bavariya" avtoqol sayəsində "Hoffenhaym"la oyunda məğlubiyyətdən qaçıb - VİDEO

"Bavariya" avtoqol sayəsində "Hoffenhaym"la oyunda məğlubiyyətdən qaçıb - VİDEO Hər iki klub bu mövsüm Almaniya çempionatında məğlub olmayıb
Futbol
6 Noyabr , 2016 06:00
Bavariya avtoqol sayəsində Hoffenhaymla oyunda məğlubiyyətdən qaçıb - VİDEO

Bakı. 6 noyabr. REPORT.AZ/ Münhenin "Bavariya" klubu futbol üzrə Almaniya çempionatının 10-cu turunun ev oyununda "Hoffenhaym"la 1:1 hesablı heç-heçə edib.

"Report" xəbər verir ki, oyunda hər iki qol "Hoffenhaym" futbolçularının aktivinə yazılıb.

Belə ki, matçın 16-cı dəqiqəsində Kerem Demirbay komandasını hesabda önə çıxarsa da, Stiven Zuberin 34-cü dəqiqədə öz qapısına vurduğu qol rəqibi məğlubiyyətdən xilas edib.

"Bavariya", "Hoffenhaym", həmçinin "Leyptsiq" klubu bu mövsüm hələ ki, məğlub olmayıb.

Münhen klubu 10 oyundan sonra 24 xal ilə turnir cədvəlinə liderlik edir, "Hoffenhaym" 20 xalla 3-cü yerdə qərarlaşıb. "Bavariya" noyabrın 19-da keçiriləcək növbəti turda Dortmund "Borussiya"sı ilə, "Hoffenhaym" isə noyabrın 29-da Berlin "Herta"sı ilə qarşılaşacaq.

Digər oyunda "Borussiya" (Dortmund) "Hamburq"u 5:2 hesabı ilə darmadağın edib. "Borussiya"nın hücumçusu Pyer-Emerik Obamenyaq dörd qol vuraraq 1988-ci ildən bu yana komandada poker edən ilk futbolçu olub.

Son xəbərlər

Orphus sistemi