BATE klubunun prezidenti xərçəngdən vəfat edib

BATE klubunun prezidenti xərçəngdən vəfat edib Bakı. 22 sentyabr. REPORT.AZ/ Belarusun BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında vəfat edib.
Futbol
22 Sentyabr , 2018 16:46
BATE klubunun prezidenti xərçəngdən vəfat edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Belarusun BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında vəfat edib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kapskidə hələ 20 yaşında ikən xərçəng aşkarlanıb. Həmin vaxtdan o, şişlə mübarizə aparıb.

1999-cu ildə xəstəlik yenidən özünü büruzə verib. 2013-cü ildə klub rəhbəri ürəyindən əməliyyat olunub. Daha sonra o, qara ciyəri və böyrəklərindəki problemlərlə əlaqədar bir neçə gün komada qalıb.

Kapski 1996-cı ildə BATE-nin yaradılmasının təşəbbüskarlarından olub. Borisov təmsilçisi 14 dəfə Belarus çempionu və 3 dəfə ölkə kubokunun sahibi olub.

Qeyd edək ki, bu mövsüm BATE Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. Bakıda 1:0 hesablı qələbə qazanan Borisov klubu öz meydanında heç-heçə edib - 1:1. Nəticədə "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Hazırda hər iki komanda Avropa Liqasının qrup mərhələsində çıxış edir. 

Son xəbərlər

Orphus sistemi