"Başakşehir" klubu Arda Turanı 250 min avro cərimələyib

"Başakşehir" klubu Arda Turanı 250 min avro cərimələyib Bakı. 25 may. REPORT.AZ/ Türkiyənin Başakşehir klubu futbolçusu Arda Turanı cərimələyib.
Futbol
25 May , 2018 17:51
Başakşehir klubu Arda Turanı 250 min avro cərimələyib

Bakı. 25 may. REPORT.AZ/ Türkiyənin "Başakşehir" klubu futbolçusu Arda Turanı cərimələyib.

"Report" klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyə Super Liqasının XXXII turunda "Sivasspor"la ev oyununda yan xətt hakiminə qarşı kobud davranışı üzündən 250 min avro ödəməli olacaq. İstanbul təmsilçisində həmçinin Marsio Mossoro da 50 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası hakimə hücum edərək onu itələyən, hədələyən və təhqir edən Arda Turana 16 oyunluq cəza versə də, onun cəzası 10 matça endirilib. Futbolçu federasiyaya 19 min TL ödəməlidir.

Son xəbərlər

Orphus sistemi