"Barselona"nın baş məşqçisi Lionel Messinin durumu haqqında məlumat verib

"Barselona"nın baş məşqçisi Lionel Messinin durumu haqqında məlumat verib Bakı. 3 aprel. REPORT.AZ/ İspaniyanın Barselona klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında doğma meydanda İtaliyanın Roma komandası ilə görüşdə iştirak edəcək.
Futbol
3 Aprel , 2018 20:14
Barselonanın baş məşqçisi Lionel Messinin durumu haqqında məlumat verib

Bakı. 3 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında doğma meydanda İtaliyanın "Roma" komandası ilə görüşdə iştirak edəcək.

"Report"un məlumatına görə, bu barədə Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde "Futbol İtalia"ya açıqlamasında məlumat verib. O həmçinin Serxio Busketsin də sabahkı qarşılaşmada oynamaq ehtimalının olduğunu vurğulayıb:

"Messi "Roma"ya qarşı oynayacaq. O, əvvəlki günlərə nisbətən özünü daha yaxşı hiss edir. Busketsin iştirakı isə sual altındadır. Buna sabah qərar verəcəyik. Hər ikisi bizim əsas futbolçularımızdır".

Qeyd edək ki, "Barselona" - "Roma" matçı aprelin 4-ü Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi