"Barselona" cari mövsümdə üçüncü dəfə məğlub olub

"Barselona" cari mövsümdə üçüncü dəfə məğlub olub Selta futbol üzrə İspaniya çempionatının 36-cı turunda evdə Barselonanı 2:0 hesabı ilə məğlub edib.
Futbol
5 May , 2019 01:53
Barselona cari mövsümdə üçüncü dəfə məğlub olub

"Selta" futbol üzrə İspaniya çempionatının 36-cı turunda evdə "Barselona"nı 2:0 hesabı ilə məğlub edib.

"Report" TASS-a istinadən xəbər verir ki, matçda qolları Maksi Qomes (67-ci dəqiqə) və Yaqo Aspas (88-ci dəqiqə, penaltidən) vurub.

"Barselona" ehtiyat heyətlə oynayıb, xüsusilə də, Lionel Messi Luis Suaresin adı matçın iştirak ərizəsinə salınmayıb.

Bu, "Barselona"nın mövsümdə üçüncü məğlubiyyətidir. Kataloniya komandası bunadək "Leqanes" (1:2) və "Betis"ə (3:4) uduzub.

"Selta" isə ardıcıl 5 oyundur məğlub olmur.

"Barselona" 35-ci turda vaxtından əvvəl ölkə çempionu olub. "Selta" turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi