Katalon "Barselona"sının rəhbərliyi Lionel Messinin nümayəndələri ilə futbolçuyla qüvvədə olan razılaşmanın uzadılması haqqında danışıqlara başlamaq niyyətindədir.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, artıq yaxın vaxtlarda klub rəsmiləri argentinalının hüquqlarını təmsil edən atası ilə danışıqlar masası arxasına əyləşəcək.
Mesinin hazırkı razılaşması 2021-ci ilin yayında başa çatacaq. Kataloniyada istəyirlər ki, yeni müqavilə 2023-cü ilə qədər imzalansın.
Cari mövsümdə argentinalı futbolçu "Barselona"da 17 matç keçirib. Messi bu qarşılaşmalarda 14 qol vurub və 9 məhsuldar ötürmə edib.