"Barselona" "Levante"yə qalib gələrək İspaniya çempionu olub

"Barselona" "Levante"yə qalib gələrək İspaniya çempionu olub Barselona İspaniya çempionatının 35-ci turunda Levanteni qəbul edib.
Futbol
28 Aprel , 2019 00:42
Barselona Levanteyə qalib gələrək İspaniya çempionu olub

"Barselona" İspaniya çempionatının 35-ci turunda "Levante"ni qəbul edib.

"Report" xəbər verir ki, qarşılaşma "Kamp Nou" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qarşılaşmada yeganə qol 62-ci dəqiqədə vurulub. İkinci hissədə meydana çıxan meydan sahiblərinin hücumçusu Lionel Messi topu rəqib qapısından keçirib.

Bununla da 83 xal toplayan "Barselona" İspaniya çempionu olub. Bu, komandanın ölkə çempionatında 26-cı çempionluğudur. 

Son xəbərlər

Orphus sistemi