"Barselona” Kolumbiya yığmasının futbolçusu ilə müqavilə bağlayacaq

"Barselona” Kolumbiya yığmasının futbolçusu ilə müqavilə bağlayacaq Yeni transferin yanvarın 8-də Kataloniya təmsilçisinə qoşulacağı bildirilir
Futbol
5 Yanvar , 2018 14:47
Barselona” Kolumbiya yığmasının futbolçusu ilə müqavilə bağlayacaq

Bakı. 5 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona” klubu Kolumbiya yığmasının futbolçusu Erri Mina ilə müqavilə bağlayacaq.

“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Braziliyanın "Palmeyras” klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçisi üçün 10 milyon avro nəğd, 2 milyon avro isə bonus şəkilində ödəyəcək.

Futbolçunun özü ilə 2022-ci ilə qədər müqavilə bağlanılacaq. Kolumbiyalının yanvarın 8-də Kataloniya təmsilçisinə qoşulacağı bildirilir.

Qeyd edək ki, Erri Mina daha əvvəl vətənində "Deportivo Pasto” və "Santa-Fe” komandalarında çıxış edib. O, 2016-cı ildən etibarən yığmanın heyətində 9 oyuna çıxıb və 3 qol vurub.

Son xəbərlər

Orphus sistemi