"Barselona" İspaniya çempionatında öz rekordunu təkrarlayıb

"Barselona" İspaniya çempionatında öz rekordunu təkrarlayıb "Eybar"la matç komanda üçün ardıcıl 31-ci məğlubiyyətsiz oyun olub
Futbol
18 Fevral , 2018 06:55
Barselona İspaniya çempionatında öz rekordunu təkrarlayıb

Bakı. 18 fevral. REPORT.AZ/ "Barselona" futbolçuları La Liqanın 24-cü tur oyununda "Eybar"ı məğlub edib və çempionatda məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, "Eybar"a qarşı keçirilən matç (2:0) "Barselona" üçün ardıcıl 31-ci məğlubiyyətsiz oyun olub.

Kataloniya klubu sonuncu dəfə 2010/11-ci illər mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında bu qədər matçı uduzmayıb.

"Barselona" cari mövsümdə İspaniya çempionatının lideridir. Komadanın 62 xalı var. Katalonları 10 xal geridə olan "Atletiko" izləyir.

Son xəbərlər

Orphus sistemi