“Barselona” “El-Klasiko”da “Real Madrid”i böyük hesabla məğlub edib - VİDEO

“Barselona” “El-Klasiko”da “Real Madrid”i böyük hesabla məğlub edib - VİDEO Kataloniya təmsilçisi 3 qol vuraraq, 3 xal qazanıb
Futbol
23 Dekabr , 2017 17:59
“Barselona” “El-Klasiko”da “Real Madrid”i böyük hesabla məğlub edib - VİDEO

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün İspaniya La Liqasında ilin sonuncu “El-Klasiko”su baş tutub. “Report” xəbər verir ki, XVII tur çərçivəsində “Real Madrid” və “Barselona” komandaları qarşılaşıblar.

“Report”un xəbərinə görə, “Santyaqo Bernabeu” stadionunda keçirilən oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 54-cü dəqiqədə Luis Suares açıb. Görüşün 63-cü dəqiqəsində isə meydan sahiblərinin müdafiəçisi Daniel Karvaxal qapıya gedən topun qarşısını əli ilə kəsdiyi üçün qırmızı vərəqə alıb. Təyin edilən penaltini isə Lionel Messi qola çevirib.

Oyunda son nöqtəni isə 90+2-ci dəqiqədə Aleş Vidal qoyub.

Qeyd edək ki, bu qalibiyyətdən sonra xalını 45-ə çatdıran “Barselona”a liderliyini möhkəmləndirib. Bir oyun az keçirən “Real Madrid” isə 31 xalla 4-cü sıradadır.

.

Son xəbərlər

Orphus sistemi