İspaniyanın “Barselona” klubu sabiq futbolçusu Neymar üçün Fransa təmsilçisi PSJ-yə müraciət edib.
“Report” sports.es saytına istinadən xəbər verir ki, kataloniyalılar 26 yaşlı forvard üçün 100 milyon avro, Felippe Koutinyonu və daha bir futbolçu təklif ediblər. Paris klubu əlavə bir oyunçusu qismində Sameul Umtiti – İvan Rakitiç ikilisi arasında seçim edə bilər.
PSJ təklifə hələ cavab verməyib. Daha əvvəl fransızların braziliyalı hücumçuya 300 milyon avro qiymət qoyduğu deyilirdi.
Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avro qarşılığında transfer edib. Onun klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.