"Barselona" "Ayaks"ın futbolçusunu 75 milyon avroya transfer edib

"Barselona" "Ayaks"ın futbolçusunu 75 milyon avroya transfer edib Bakı. 23 yanvar. REPORT.AZ/ Amsterdamın Ayaks klubunun yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İspaniyanın Barselona komandasında davam etdirəcək.
Futbol
23 Yanvar , 2019 21:45
Barselona Ayaksın futbolçusunu 75 milyon avroya transfer edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Amsterdamın "Ayaks" klubunun yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İspaniyanın "Barselona" komandasında davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə "göy-qırmızılar"ın rəsmi saytı məlumat yayıb.

Klublar 21 yaşlı hollandiyalının transferi barədə razılığa gəlib. Futbolçu iyulun 1-dən "Barselona"nın üzvü olacaq.

Transferin dəyəri 75 milyon avro təşkil edir. Oyunçu uğurlu çıxış edəcəyi təqdirdə "Ayaks" əlavə 11 mln. avro bonus ala bilər. Yayda de Yonq "Barselona" ilə 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Son xəbərlər

Orphus sistemi