"Barselona" "Atletik Bilbao"nu məğlub edərək "Real"a yaxınlaşıb - VİDEO

"Barselona" "Atletik Bilbao"nu məğlub edərək "Real"a yaxınlaşıb - VİDEO Görüş Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilib
Futbol
5 Fevral , 2017 00:53
Barselona Atletik Bilbaonu məğlub edərək Reala yaxınlaşıb - VİDEO

Bakı. 5 fevral. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubu futbol üzrə İspaniya La Liqasının 21-ci turunun ev oyununda "Atletik Bilbao"nu darmadağın edib.

"Report" xəbər verir ki, Barselonanın "Kamp Nou" stadionunda keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.

Qələbə sayəsində aktivindəki xalların sayını 45-ə çatdıran "Barselona" hazırda turnir cədvəlində ikinci yeri tutur və ondan iki oyun az keçirən lider "Real"dan (46) bir xal geri qalır. "Atletik" 32 xal ilə 8-cidir.

İspaniya La Liqası. 21-ci tur

"Barselona" – "Atletik Bilbao" - 3:0

1:0 – Alkaser – 18, 2:0 – Messi – 40, 3:0 – Vidal – 67.

Son xəbərlər

Orphus sistemi