"Barselona" 88 və 89-cu dəqiqələrdə vurulan qollar sayəsində "Sevilya"ya məğlubiyyətdən qaçıb - VİDEO

"Barselona" 88 və 89-cu dəqiqələrdə vurulan qollar sayəsində "Sevilya"ya məğlubiyyətdən qaçıb - VİDEO Kataloniyalıların qollarını Luis Suares və Lionel Messi vurub
Futbol
1 Aprel , 2018 04:10
Barselona 88 və 89-cu dəqiqələrdə vurulan qollar sayəsində Sevilyaya məğlubiyyətdən qaçıb - VİDEO

Bakı. 1 aprel. REPORT.AZ/ "Sevilya" və "Barselona" futbol üzrə İspaniya çempionatının 30-cu turunda heç-heçə oynayıb.

“Report” xəbər verir ki, meydan sahibləri matçın 88-ci dəqiqəsinədək hesabda 2:0 irəlidə olublar.

Lakin kataloniyalılar Luis Suares və sonradan meydana daxil olan Lionel Messinin bir dəqiqə ərzində vurduğu qollar sayəsində məğlubiyyətdən yaxa qurtara biliblər.

Hazırda "Barselona" turnir cədvəlinə liderliyini inamla davam etdirir. "Sevilya" altıncı yerdədir.

İspaniya çempionatı, La-Liqa, 30-cu tur

"Sevilya" - "Barselona" - 2:2

"Las-Palmas" – "Real" – 0-3

"Jirona" – "Levante" – 1-1

"Atletik Bilbao" – "Selta" – 1-1

Son xəbərlər

Orphus sistemi