Baku Food Fest ərazisində ilk dəfə AVRO-2020 layihəsinin təqdimatı başlayıb

Baku Food Fest ərazisində ilk dəfə AVRO-2020 layihəsinin təqdimatı başlayıb Sahil Bağındakı Baku Food Fest ərazisində ilk dəfə AVRO-2020 layihəsinin təqdimatı başlayıb.
Futbol
14 İyun , 2019 15:54
Baku Food Fest ərazisində ilk dəfə AVRO-2020 layihəsinin təqdimatı başlayıb

Sahil Bağındakı "Baku Food Fest" ərazisində ilk dəfə AVRO-2020 layihəsinin təqdimatı başlayıb.

"Report"un məlumatına görə, beşinci dəfə keçirilən tədbir çərçivəsində ərazidə futbol simulyasiyalı unikal stend yerləşdirilib. Bundan əlavə, AVRO-2020 üçün brendləşdirilmiş kiçik futbol meydançası şəhər sakinlərinin istifadəsinə verilib.

Qeyd edək ki, iyulun 7-dək davam edəcək tədbir ərazisində AVRO-2020 üçün biletlərin satışı haqqında informasiya nöqtələri də fəaliyyət göstərəcək.

2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına bilet almaq arzusunda olanların müraciəti üçün qeydiyyat saytı - euro2020.com/tickets iyunun 12-dən fəaliyyətə başlayıb. Müraciətlərin qəbulunun müddəti iyulun 12-dək davam edəcək. Futbol həvəskarlarının arzusu püşkatma yolu ilə yerinə yetiriləcək. Bununla yanaşı, bilet əldə etmək hüququ müraciətin verilmə tarixindən asılı olmayacaq. Müraciətlərin baxılmasına avqustun sonunadək yekun vurulacaq.

Bakı da daxil olmaqla 12 şəhərdə keçiriləcək çempionata ən ucuz biletlər paytaxtımızla yanaşı, Buxarestdə və Budapeştdə satışa çıxarılacaq. Kateqoriyalardan asılı olaraq, biletlərin qiymətləri 30 avro, 75 avro və 125 avro təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi