Bakının ​"İnter" klubu yeni saytını qeyri-adi formada təqdim edib

Bakının ​"İnter" klubu yeni saytını qeyri-adi formada təqdim edib Komandanın 3 futbolçusunun rəmzi düyməni basması ilə saytın faəliyyəti aktivləşib
Futbol
12 Mart , 2016 16:33
Bakının ​İnter klubu yeni saytını qeyri-adi formada təqdim edib

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün "İnter" klubu rəsmi saytının təqdimat mərasimini keçirib. "Report"un məlumatına görə, tədbirdə klub prezidenti Rəşad Qasımov, baş sponsor Azərbaycan Beynəlxalq Bankın nümayəndələri və media mənsubları iştirak edib.

R.Qasımov əvvəlcə "İnter"in üzləşdiyi çətinliklərdən və son zamanlar görülən işlərdən danışıb. O, Azərbaycan futbolunun inkişafına çalışdıqlarını və AFFA və Peşəkar Futbol Liqasının da dəstəyini hiss etdiklərini vurğulayıb: "Çünki klubların inkişafın da onların da rolu var".

Daha sonra komandanın 3 futbolçusu - Ruslan Əmircanov, İlkin Qırtımov və Fuad Bayramov qonaqlar önünə dəvət edilib və onların rəmzi düyməni basması ilə saytın fəaliyyəti aktiv olunub.

Ardınca tədbir iştirakçılarına klubun mətbuat xidmətnin rəhbəri Səbuhi Məmmədov ətraflı məlumat verib və sayt haqda videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi