Yuxarı

Bakıdakı Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb

Bakıdakı Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb

88

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışının 4-cü mərhələsi başlayıb.

"Report" xəbər verir ki, biletləri "Port Baku Mall", "28 May Mall", "Gənclik Mall" və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündür.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 manat (30 avro) dəyərindədir. 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ilkin mərhələdə satılıb. Həmçinin dəyəri 890 avro olan “Qızıl” və 690 avroluq “Gümüş” paketlərin hamısı alınıb. Təşkilat Komitəsi daha sonra 5000 biletin satışını təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi