Bakıda Kütləvi Futbol Həftəsi festivalı keçiriləcək

Bakıda Kütləvi Futbol Həftəsi festivalı keçiriləcək Bakıda Heydər Əliyev Mərkəzinin ərazisində Kütləvi Futbol Həftəsi (Grassroots Week) festivalı keçiriləcək.
Futbol
23 Sentyabr , 2019 16:16
Bakıda Kütləvi Futbol Həftəsi festivalı keçiriləcək

Bakıda Heydər Əliyev Mərkəzinin ərazisində Kütləvi Futbol Həftəsi (Grassroots Week) festivalı keçiriləcək.

"Report"un məlumatına görə, AFFA tərəfindən təşkil olunan festival sentyabrın 25-də olacaq və 6-13 yaş arası uşaqların iştirakı ilə reallaşacaq.

Layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Son xəbərlər

Orphus sistemi