Yuxarı

Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin püşkü atılıb

İlk yarış günündə 10 idmançı mübarizə aparacaq

Bakı. 5 may. REPORT.AZ/ Bakıda keçiriləcək cüdo üzrə "Böyük dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Azərbaycanı təmsil edəcək 27 kişi və 3 qadın cüdoçunun ilk rəqibləri püşk nəticəsində müəyyənləşib.

İlk yarış günündə 10 idmançı mübarizəyə qoşulacaq.

60 kq çəki dərəcəsində Avropa vitse-çempionu Orxan Səfərov mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Yaponiya idmançısı Ryuju Naqayama olacaq. İlqar Müşkiyev Nuno Karvalyo (Portuqaliya) - Bekir Özlü (Türkiyə) cütünün qalibi ilə, Vüqar Şirinli Yuho Reynvall (Finlandiya) - Eşli Mkkenzye (Böyük Britaniya) cütünün qalibi ilə, Elbrus Zamanov isə israilli Artyom Arşanski ilə üz-üzə gələcək. Adıçəkilən bütün idmançılar mübarizəyə 1/32 finaldan qoşulacaq.

66 kq çəkidə Orxan Əsgərzadə 1/32 finalda gürcüstanlı Vaja Marqvelaşvili ilə, Tərlan Kərimov polşalı Aleksandr Beta ilə, Famil Məmmədzadə belçikalı Kennet Van Qansbek və sloveniyalı Adrian Qombos cütünün güclüsü ilə, İskəndər Talışinski 1/32 finalda Çia Hunq Çyen (Tayvan) - Andraz Jereb (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında 48 kq çəkidəki Şəfəq Məmmədova 1/16 finalda Türkiyə idmançısı Dilara Lokmanhekimlər, Aişə Qurbanlı isə 1/32 finalda italiyalı Valentina Moskattla görüşəcək.

Püşkatmanın nəticəsə belədir:

6 may

48 kq. Aişə Qurbanlı - Valentina Moskatt (İtaliya)
48 kq. Şəfəq Məmmədova - Dilara Lokmanhekim (Türkiyə)

60 kq. Orxan Səfərov - Ryuju Naqayama (Yaponiya)
60 kq. İlqar Müşkiyev - Nuno Karvalyo (Portuqaliya) - Bekir Özlü (Türkiyə) cütünün qalibi
60 kq. Vüqar Şirinli - Yuho Reynvall (Finlandiya)-Eşli Mkkenzye (Böyük Britaniya) cütünün qalibi
60 kq. Elbrus Zamanov - Artyom Arşanski (İsrail)

66 kq. Orxan Əsgərzadə - Vaya Marqvelaşvili (Gürcüstan)
66 kq. Tərlan Kərimov - Aleksandr Beta (Polşa)
66 kq. Famil Məmmədzadə - Kennet Van Qansbek (Belçika)-Adrian Qombos (Sloveniya) cütünün qalibi
66 kq. İskəndər Talışinski - Çia Hunq Çyen (Tayvan)-Andraz Jereb (Sloveniya) cütünün qalibi


7 may

63 kq. Gülsədəf Kərimova - Aniçka Van Emden (Hollandiya)

73 kq. Rüstəm Orucov - Nuno Sarayva (Portuqaliya)-Tohar Butbul (İsrail) cütünün qalibi
73 kq. Vüqar Bayramov - Mohamed Mohyeldin (Misir)-Jaromir Jezek (Çexiya) cütünün qalibi
73 kq. İsmayıl Piriyev - Fridon Giqani (Gürcüstan)
73 kq. Fəqan Quluzadə - Sergey Drebot (Ukrayna)-Kiyoşi Uematsu (İspaniya) cütünün qalibi

81 kq. Əbdülhaqq Rəsullu - Emirhan Yücel (Türkiyə)
81 kq. Rüstəm Alimli - Konstantins Ovçinnikovs (Latviya)
81 kq. Ziya Namazov - Səid Mollaei (İran)
81 kq. Elvin Əhmədli - Yaxyo İmamov (Özbəkistan)

8 may

90 kq. Məmmədəli Mehdiyev - Said Moradi (İran)-Hatem ABD El Akher (Misir) cütünün qalibi
90 kq. Firudin Dadaşov - Nelson Martines (Venesuela)-Mark Odenthal (Almaniya) cütünün qalibi
90 kq. Tural Safquliyev - İmad Abdallaoui (Mərakeş)
90 kq. Vasif Şərbətli - İbrahim Xələf (İordaniya)

100 kq. Elxan Məmmədov - Beka Qviniaşvili (Gürcüstan)-İvan Remarenko (BƏƏ) cütünün qalibi
100 kq. Zelim Kotsoyev - Benjamin Fletçer (Böyük Britaniya)
100 kq. Kənan Abdullaxanlı - Zlatko Kumriç (Xorvatiya)
100 kq. Cəlil Şükürov - Miklos Siryeniks (Macarıstan)

+100 kq. Nadir Hüseynov -David Moura (Braziliya)
+100 kq. Uşanqi Kokauri - Benjamin Harmegnies (Belçika)
+100 kq. Ayxan Cəfərov - Andrey Volkov (Rusiya)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi