Bakıda "Futbol və Biznes" sammiti keçirilib - YENİLƏNİB

Bakıda "Futbol və Biznes" sammiti keçirilib - YENİLƏNİB Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə Futbol və Biznes sammiti keçirilib.
Futbol
15 May , 2019 13:34
Bakıda Futbol və Biznes sammiti keçirilib - YENİLƏNİB
Report/ Firi Salim

Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə "Futbol və Biznes" sammiti keçirilib.

"Report" xəbər verir ki, “Fairmont” otelində baş tutan tədbir üç paneldən ibarət olub.

İlk paneldə AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev, Vergilər Nazirliyinin nümayəndəsi Elçin Məmmədov və PwC audit şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev iştirak edib.

İkinci panelə Substance şirkətinin rəhbəri Tim Crabbe, UNİCEF-in Azərbaycan üzrə nümayəndəsi Edward Carwardine, UEFA-nın Biznes İnkişaf meneceri Aleksandr Kuçeryavı qatılıb.

Üçüncüdə isə T.Piriyevlə yanaşı "SportMatters" şirkətindən Tom Liston və "Coca Cola" şirkətinin nümayəndəsi Elşad Fərzəliyev olub.

Tədbirdə AFFA rəsmiləri, fransalı dünya və Avropa çempionu Rober Pires, Azərbaycan milli komandalarının baş məşqçiləri, klub rəsmiləri və digər şəxslər iştirak edir.

Sammitdə xarici və yerli mütəxəssislərin iştirakı ilə futbolun makroiqtisadi təsiri, futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılıb. Həmçinin vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə edililib.

Tədbirin sonunda sammit iştirakçıları arasında lotereya təşkil olunub. Məşhur futbolçu Rober Piresin müəyyənləşdirdiyi qalibin hər biri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı üçün iki ədəd bilet qazanıb.

Qaliblərdən biri "Report" İnformasiya Agentliyinin müxbiri Şamo Quliyev olub.


*** 10:11

Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə "Futbol və Biznes" sammiti işə başlayıb.

"Report" xəbər veiri ki, “Fairmont” otelində keçirilən tədbirdə AFFA rəsmiləri, fransalı dünya və Avropa çempionu Rober Pires, Azərbaycan milli komandalarının baş məşqçiləri, klub rəsmiləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə xarici və yerli mütəxəssislərin iştirakı ilə futbolun makroiqtisadi təsiri, futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılacaq. Həmçinin vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək.

Proqrama əsasən, "Futbolun Makroiqtisadi təsiri", "Futbol İnvestisiyasından sosial fayda" və "Futbol tərəfdaşlığının biznesə təsiri" mövzularında panellər və sual-cavab olacaq.

Qeyd edək ki, Rober Pires tədbirə "Futbol və Biznes" sammitinin rəsmi ulduz səfiri kimi qatılıb. 

Son xəbərlər

Orphus sistemi