“Çelsi”nin futbolçusu: “Bakıda arzumuz gerçək olacaq”

“Çelsi”nin futbolçusu: “Bakıda arzumuz gerçək olacaq” “Çempionlar Liqasına vəsiqə qazandıq və Avropa Liqasının finalındayıq. Bu il arzumuz gerçəkləşəcək. Bunu reallaşdıracağımıza ümid edirəm”.
Futbol
28 May , 2019 17:17
“Çelsi”nin futbolçusu: “Bakıda arzumuz gerçək olacaq”

“Çempionlar Liqasına vəsiqə qazandıq və Avropa Liqasının finalındayıq. Bu il arzumuz gerçəkləşəcək. Bunu reallaşdıracağımıza ümid edirəm”.

“Report” UEFA-nın saytına istinadən xəbər verir ki, bunu “Çelsi”nin futbolçusu Emerson Palmeri Bakıda “Arsenal”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının finalı barədə deyib.

Braziliya əsilli italiyalı futbolçu qarşılaşmanın böyük önəm kəsb etdiyini bildirib: “Bu, derbi və finaldır. Bu oyunu digər matçlarla eyni tutmaq olmaz. “Arsenal”ın oyunun əvvəlindən aqressiv futbol sərgiləyəcəyini gözləyirəm. Çünki onlar Premyer Liqada “dördlüy”ə düşə bilməyiblər”.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi