Yuxarı

Bakı Olimpiya Stadionuna toylarla bağlı müraciətlər olub

Bu barədə stadion direktoru açıqlama verib

Bakı. 4 mart. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda toyların təşkili ilə bağlı müraciətlər gəlir. Bu barədə "Report"a Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev məlumat verib.

Onun sözlərinə görə, müvafiq şirkətlər stadionda mərasimlərin təşkili ilə maraqlanır: "Müəyyən təklif və ideyalarla gəlirlər. Eyni zamanda, korporativ tədbirlər üçün də təkliflər alırıq. Bəziləri elə bilirlər ki, toyları biz özümüz keçiririk. Amma bu, belə deyil. Biz sadəcə mərasim üçün yer icarəyə veririk".

C.Qarayev hələlik stadionda Novruz bayramı ilə əlaqədar tədbirlərin keçirilməsi barədə heç bir müraciətin olmadığını deyib. Əvəzində direktor bildirib ki, bu yaxınlarda stadionda müxtəlik içkilərin təklif olunduğu "Sportbar" açılıb.  

Stadion rəhbəri Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında Bakı Olimpiya Stadionunda keçiriləcəyi bildirilən oyundan da danışıb. C.Qarayev hələ görüşlə bağlı heç bir müraciətin olmadığını söyləyib: "Mən də bu barədə mətbuatdan oxumuşam, amma heç bir rəsmi müraciət yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi