Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının oktyabrın 10-da İtaliya yığması ilə AVRO-2016-nın seçmə qrup matçını keçirəcəyi Bakı Olimpiya Stadionunda işlərə başlanılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşün yüksək səviyyədə təşkili ilə bağlı kompleks işlər görülür, ot örtüyünə xüsusi diqqət yetirilir.
Bakı Olimpiya Stadionu Azərbaycan-İtaliya matçına hazırlanır
Futbol
5 Oktyabr , 2015
16:06
https://static.report.az/photo/37f146ad-e4f1-45ff-86c9-5a1ac6db0dd1.jpg