Yuxarı

"Bakı"nın problemi AFFA rəhbərliyinin müdaxiləsindən sonra həll edilib

Klub rəsmisi problemin həllinə yardımçı olan AFFA rəhbərliyinə minnətdarlığını bildirib

Bakı. 9 fevral. REPORT.AZ/ "Bakı" klubunun təlim-məşq bazasına suyun verilməsində yaranan problem AFFA rəhbərliyinin müdaxiləsindən sonra həll olunub. Bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. 

Onun sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədov bazada olduğu vaxt suyun kəsildiyi yerə baxış keçirib. Bundan sonra E.Məmmədov Azərbaycan Qolf Federasiyası rəhbərliyi ilə danışıqlar apararaq, suyun bazaya fasiləsiz axınını təmin etdirib. Klub rəsmisi problemin həllinə yardımçı olan AFFA rəhbərliyinə minnətdarlığını bildirib. 

Qeyd edək ki, təlim-məşq bazasına gələn xəttin bağlanılması üzündən "Bakı" klubu "Qəbələ" ilə Topaz Premyer Liqasının XIX tur matçından öncə stadiona suyu maşınlarla daşıyıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi