Yuxarı

"Bakı"nın futbolçularına maaşı AFFA ödəyəcək

Elxan Məmmədov: Amma geri almaq şərti ilə...

Bakı. 13 fevral. REPORT.AZ/ "Bakı"nın futbolçularına maaşları mayadək AFFA ödəyəcək. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O, maaşların geri almaq şərtilə ödəniləcəyini bildirib: "Konkret söhbət belə oldu ki, maliyyə problemlərindən xəbərimiz var və yaxın zamanda bu məsələ hissə-hissə həll olunacaq. Yəni maya qədər AFFA "Bakı"nın futbolçularına maaşları ödəyəcək. Amma geri almaq şərti ilə... Çempionatda iştirak üçün lisenziyalaşdırmaya uyğun olaraq hər bir klub banka zəmanət verir. Biz də həmin zəmanətdən istifadə edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi