Yuxarı
    Bağlamaq

    Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb

    Metronun iş rejimi uzadılıb

    Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciət Rusiya "Krasnodar"ı ilə Avropa Liqasının qrup mərhələsindəki VI tur matçından sonra metronun iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə edilib. 

    "Qəbələ" İdman Klubu dekabrın 10-da saat 22:00-da başlanacaq qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq bu addımı atıb. Öz növbəsində Bakı Metropoliteni müraciətə müsbət reaksiya verib. Klub isə buna görə Metropolitenə təşəkkür edib. 

    Qeyd edək ki, "Qəbələ" - "Krasnodar" matçı metronun "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarına yaxın olan "Bakcell Arena"da keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi