"Bakı" klubu: "200 min manatadək vergi borcumuz var"

"Bakı" klubu: "200 min manatadək vergi borcumuz var" Klubun Dövlət Sosial Müdafiə Fonduna da borcu var
Futbol
28 Fevral , 2015 12:41
Bakı klubu: 200 min manatadək vergi borcumuz var

Bakı. 28 fevral. REPORT.AZ/ "Bakı" futbol klubundan Vergilər Nazirliyinin açıqladığı siyahıda borclular siyahısında göstərilməsinə münasibət bildirib. Klubun vitse-prezidenti Yaşar Seyidov "Report"a açıqlamasında borcun 7 aydır ödənilməyən əmək haqqından əmələ gəldiyini bildirib. 

Onun sözlərinə görə, vergi bəyannamələri vaxtlı-vaxtında təqdim edilsə də, maddi problemlər üzündən maaş ödənilmədiyi üçün gəlir vergisi də ödənilməmiş qalıb. Y.Seyidov hazırda vergi borcunun 200 min manatadək olduğunu bildirib. Klub rəsmisi Dövlət Sosial Müdafiə Fonduna da borclu olduqlarını etiraf edib. 

Qeyd edək ki, Vergilər Nazirliyi fevralın 25-də vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumat yayıb. Rəsmi sənəddə borclular siyahısında "Bakı" futbol klubu da göstərilib.  

Son xəbərlər

Orphus sistemi