Yuxarı

​"Bakı" klubu böyük transferə hazırlaşır

Mövsümlərarası fasilədə yüksək liqa komandalarından bir neçə futbolçu transfer oluna bilər

Bakı. 15 yanvar. REPORT.AZ/ "Rəhbərlik klubun akademiyasına böyük sərmayə yatırıb və hazırda onun bəhrəsini görürük. Cari mövsüm başa çatdıqdan sonra yüksək liqaların klublarından bir neçə adlı-sanlı futbolçu transfer oluna bilər. Bu da gənclərin peşəkarlarla yanaşı oynayaraq daha çox təcrübə toplamasına şərait yaradacaq". Bunu "Report"a açıqlamasında "Bakı" klubunun meneceri Vüqar Əliyev deyib.

Onun sözlərinə görə, əsas komandanın sabiq baş məşqçisi Milinko Pantiç yenidən Azərbaycana qayıda bilər. Lakin bu, klub prezidenti Hafiz Məmmədovun qərarından asılı olacaq: "İspaniyada olarkən "Atletiko Madrid" rəhbərliyi ilə görüşlər keçirildi. "Bakı" klubu həmişə onlara dəstək olduğundan bizə öz köməklərini təklif etdilər. Bildirdilər ki, Milinko Pantiç və məşqçilər heyətini yenidən "Bakı"ya göndərə bilərlər. Lakin onların gəlib-gəlməyəcəyinə Hafiz müəllim qərar verəcək".

V.Əliyev təmsil etdiyi klubun hazırkı maddi vəziyyəti ilə əlaqədar serbiyalı mütəxəssisə çəkiləcək xərclərdən də danışıb. O, Pantiçin Bakıya gələcəyi təqdirdə bütün xərclərin "Atletiko Madrid" tərəfindən ödəniləcəyini bildirib.

Qeyd edək ki, hazırda "Bakı" komandasına türkiyəli İbrahim Uzunca rəhbərlik edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi