Yuxarı

Bakı "İnter"inə FİFA tərəfindən qoyulan transfer qadağası cəzası yerinə yetirilib

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakının "İnter" futbol klubunun növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında FİFA-nın sentyabrın 6-da ünvanladığı məktuba əsasən qərar çıxarılıb. 

AFFA-ya göndərilmiş həmin məktubda FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” haqqında mayın 26-da qərar qəbul edildiyi göstərilib. “İnter”in keçmiş futbolçusu Yohan Bokonyano ilə bağladığı müqavilənin şərtlərinə əməl etməməsi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi