Azərbaycanlı hakimlərin Antalyada idarə edəcəkləri ilk 3 oyun müəyyənləşib

Azərbaycanlı hakimlərin Antalyada idarə edəcəkləri ilk 3 oyun müəyyənləşib FİFA referisi Qazaxıstan və Albaniya komandalarının oyununa təyinat alıb
Futbol
12 Yanvar , 2017 14:00
Azərbaycanlı hakimlərin Antalyada idarə edəcəkləri ilk 3 oyun müəyyənləşib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanlı futbol hakimlərinin Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplanışı zamanı idarə edəcəkləri ilk oyunlar müəyyənləşib. 

"Report"un məlumatına görə, hakimlər bu gün 3 görüşə yollanacaqlar.

FİFA referisi Rəhim Həsənov Qazaxıstan "Kayrat"ı ilə Albaniyanın "Kukesi" komandası arasındakı qarşılaşmada fit çalacaq. "Kayrat"ın baş məşqçisi əvvəllər Bakı "İnter"inə rəhbərlik etmiş Kaxaber Tsxadadzedir. 

12 yanvar

"Şəmkir" (Azərbaycan) - "Kuşadası" (Türkiyə)

Hakimlər: Kərim Kərimov, Mübariz Haşımov, Yaşar Abbasov

"Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya)

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev

"Akjayık" (Qazaxıstan) - "Tirana" (Albaniya)

Hakimlər: Rauf Cabbarov, Vüqar Bayramov, Rail Ramazanov

Qeyd edək ki, hakimlərin qış hazırlığı yanvarın 25-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi