Yuxarı

Azərbaycanlı hakimlər İtaliya yığmasının oyununa təyinat alıb

Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə matçını idarə edəcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan hakimləri 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıblar. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 13-də keçiriləcək İtaliya – İrlandiya oyununu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. 

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş Viçentsa şəhərindəki Romeo Menti stadionunda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi