Yuxarı

Azərbaycanlı hakim-inspektor Ermənistan klubunun oyununa təyinat alıb

Asim Xudiyev Kayrat - Alaşkert matçında hakim-inspektor olacaq

11 iyul. REPORT.AZ/ Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev Ermənistanın "Alaşkert" klubunun Avropa Liqasının II təsnifat mərhələsində Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi ilk oyuna təyinat alıb. "Report"un məlumatına görə, iyulun 16-da Almatıda baş tutacaq qarşılaşmada A.Xudiyev rusiyalı hakimlər briqadasının işini qiymətləndirəcək. 

Matçın baş hakimi Sergey İvanov, yan xətt hakimləri Vyaçeslav Semyonov və Valeri Dançenko, dördüncü hakim Kirill Levnikov olacaq. UEFA nümayəndəsi isə belaruslu Sergey İlyiçdir. "Kayrat" - "Alaşkert" matçı Bakı vaxtı ilə saat 19:45-də başlanacaq. 

Qeyd edək ki, "Alaşkert" hazırda Ermənistanın işğalı altında olan Azərbaycanın Xocavənd rayonunda 1990-cı ildə yaradılıb. Klub 1992-ci ildən Ermənistan çempionatında çıxış edir. "Alaşkert" ev oyunlarını İrəvandakı "Nairi" stadionunda keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi