Yuxarı

Azərbaycanlı futbolçu vurduğu qolu əsgər salamı ilə qeyd edib

​Azərbaycanlı futbolçu vurduğu qolu əsgər salamı ilə qeyd edib

"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının VIII turunda "Sabah"la ev oyunu zamanı vurduğu qolu əsgər salamı ilə qeyd edib.

"Report"un məlumatına görə, bu, "ASCO Arena"da hazırda davam edən matçın 16-cı dəqiqəsində baş verib. Hesabı açan İsgəndərli bununla "Barış pınarı"nda iştirak edən Türkiyə əsgərlərinə dəstəyini nümayiş etdirib.

Dünən "Neftçi"nin əvəzedici komandasının futbolçusu Əlibəy Məmmədli də I Divizionun VII turunda "Zaqatala"ya vurduğu qolu əsgər salamı ilə qeyd edib.

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində Albaniyanı məğlub etdikləri (1:0) və Fransa ilə heç-heçə yekunlaşan (1:1) matçda vurduqları qollardan sonra əsgər salamı veriblər. UEFA həmin məsələyə görə Türkiyə yığmasına qarşı intizam işi açıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi