Azərbaycanlı futbolçu Sloveniya klubu ilə yollarını ayırıb

Azərbaycanlı futbolçu Sloveniya klubu ilə yollarını ayırıb Samir Məsimov AZAL komandası ilə müqavilə bağlayacaq
Futbol
22 Fevral , 2017 17:50
Azərbaycanlı futbolçu Sloveniya klubu ilə yollarını ayırıb

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniyanın "Domjale" klubundan ayrılaraq, Bakının AZAL klubuna keçib. Bu barədə "Report"a AZAL-ın meneceri Eldəniz Yusifov məlumat verib.

Klub rəsmisi bildirib ki, 22 yaşlı yarımmüdafiəçi hazırda AZAL-ın düşərgəsindədir. E.Yusifov Məsimovla müqavilə bağlayacaqlarını söyləyib: "Samir az öncə komandamıza gəlib. Sabah tibbi baxışdan keçdikdən sonra onunla 6 ay + 1 il sistemi ilə müqavilə bağlanılacaq".

Qeyd edək ki, 2016-cı ilin fevralında "Neftçi"dən ayrılaraq, Sloveniyanın "Domjale" klubu ilə 3 illik müqavilə bağlayan Samir Məsimov əsas heyətə düşməkdə çətinlik çəkirdi. O, ötən ilin dekabr ayında Qazaxıstanın "Okjetpes" klubunda baxışda olub, lakin bəyənilməyib. 

Son xəbərlər

Orphus sistemi