Yuxarı

​Azərbaycanlı futbolçu Portuqaliyanın "Boavişta" klubuna keçib

Emin Mahmudovla iki il müddətinə müqavilə imzalanıb

Bakı. 22 iyul. REPORT.AZ/ Rusiyanın Azərbaycan əsilli futbolçusu, yarımmüdafiəçi Emin Mahmudov Portuqaliyanın "Boavişta" klubu ilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə 24 yaşlı futbolçunun işləri ilə məşğul olan "Prof-sport company" futbol agentliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Müqavilə iki il müddətinə imzalanıb.

"Boavişta" ötən mövsümü Portuqaliya yüksək liqasının 14-cü pilləsində başa vurub.

Emin Mahmudov bundan əvvəl "Krılya Sovetov" klubu ilə müqaviləsini pozub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi