Malta klubu azərbaycanlı futbolçu transfer edib

Malta klubu azərbaycanlı futbolçu transfer edib Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan futbolçusu Elməddin Məmmədov karyerasını Maltada davam etdirəcək.
Futbol
1 Fevral , 2019 09:46
Malta klubu azərbaycanlı futbolçu transfer edib

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan futbolçusu Elməddin Məmmədov karyerasını Maltada davam etdirəcək.

“Report” “Times of Malta”ya istinadən xəbər verir ki, 24 yaşlı qapıçı Premyer Liqa təmsilçisi “Sent-Endryus”la anlaşıb. Son iş yeri Gürcüstan “Tsxinvali”si olan qolkiperlə müqavilənin detalları barədə məlumat verilmir.

Məmmədov karyerası ərzində “Bakı”, AZAL, “Zirə”, eləcə də Qırğızıstanın “Alqa” komandasının formasını geyinib. O, əsasən ehtiyat qapıçı olub.

Qeyd edək ki, “Sent-Endryus” 15 turdan sonra 17 xalla 10-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi