Azərbaycanın yeni FİFA referisi ilk beynəlxalq təyinat alıb

Azərbaycanın yeni FİFA referisi ilk beynəlxalq təyinat alıb Ömər Paşayev Belarus - San Marino matçını idarə edəcək
Futbol
5 İyun , 2017 15:11
Azərbaycanın yeni FİFA referisi ilk beynəlxalq təyinat alıb

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Ömər Paşayev ilk beynəlxalq təyinat alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, gənc baş hakim 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belarus və San Marino arasında keçiriləcək görüşü idarə edəcək.

Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, oyun iyunun 7-də Minskdə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi