Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 2 medal qazanıb

    İslam Quliyev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada keçirilən veteran güləşçilərin dünya çempionatının ilk günündə Azərbaycan pəhləvanları 1 qızıl və 1 gümüş medal qazanıb. "Report"un məlumatına görə, 85 kq çəkidə B divizionunda mübarizə aparan İslam Quliyev qızıl medala sahib olub.

    O, Rumıniya, Rusiya və İran güləşçilərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə Yaponiya təmsilçisini də məğlub edən pəhləvan fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

    63 kq çəkidə mübarizə aparan Abbas Məmmədov F divizionunda yarışıb. Yarımfinal mərhələsində Rusiya təmsilçisinə tam üstünlüklə qalib gələn veteran güləşçi finalda isə daha bir Rusiya təmsilçisinə uduzub və çempionatın gümüş medalına sahib olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi