Azərbaycanın U-17 və U-19 futbol yığmalarının rəqibləri müəyyənləşib

Azərbaycanın U-17 və U-19 futbol yığmalarının rəqibləri müəyyənləşib Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib
Futbol
6 Dekabr , 2017 14:50
Azərbaycanın U-17 və U-19 futbol yığmalarının rəqibləri müəyyənləşib

Bakı. 6 dekabr. REPORT.AZ/ 19 və 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın U-19 yığması Gürcüstan, İsrail və Lixtenşteynlə birgə I qrupda yer alacaq.

Oyunlar 2018-ci il noyabrın 14, 17 və 20-də Gürcüstanda keçiriləcək.

U-17 millisi isə Çexiya, Norveç və Albaniya ilə birgə VIII qrupda mübarizə aparacaq. Matçlar 2018-ci il oktyabrın 23, 26 və 29-da Albaniyada baş tutacaq.

Son xəbərlər

Orphus sistemi