Azərbaycanın Serbiyadakı səfirliyi Avropa Liqası matçında "İnter"ə dəstək olacaq

Azərbaycanın Serbiyadakı səfirliyi Avropa Liqası matçında "İnter"ə dəstək olacaq Paytaxt komandasını Belqrad hava limanında səfirliyin attaşesi qarşılayıb
Futbol
28 İyun , 2017 08:51
Azərbaycanın Serbiyadakı səfirliyi Avropa Liqası matçında İnterə dəstək olacaq

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycanın Serbiyadakı səfirliyi Bakı "İnter"inə yerli "Mladost" komandası ilə futbol üzrə Avropa Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunda dəstək olacaq. 

"İnter"in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu barədə paytaxt komandasını Belqrad hava limanında qarşılayan səfirliyin konsulluq və protokol məsələləri üzrə attaşesi Elvin Əlizadə bildirib. Komanda üzvləri ilə görüşən E.Əlizadə oyun günü bir qrup şəxslə matçı stadiondan canlı izləyəcəklərini açıqlayıb.

"İnter" Serbiyada ilk məşqə ötən gün Pojeqa qəsəbəsində "Sloqa" klubuna məxsus stadionda çıxıb. "Mladost"la oyuna sifariş olunan 23 futbolçudan 2-si - Ricat Qarayev və Qara Qarayev Bakıda qaldıqları üçün hazırlıq prosesində yer almayıblar. Bu gün isə komanda oyunun keçiriləcəyi "Luçani" stadionunda məşqə çıxacaq. Səfərə komanda ilə birgə çıxmayan Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun da məşqədək yetişəcəyi gözlənilir.

Qeyd edək ki, iyunun 29-da keçiriləcək "Mladost" - "İnter" matçı Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Cavab görüşü iyulun 6-da Bakıdakı "Dalğa Arena"da olacaq.  

Son xəbərlər

Orphus sistemi