Azərbaycanın qadın boksçusu Polşada bürünc medal qazanıb

Azərbaycanın qadın boksçusu Polşada bürünc medal qazanıb Anna Əlimərdanova fəxri kürsünün üçüncü pilləsinə yüksəlib
Futbol
11 Sentyabr , 2017 10:56
Azərbaycanın qadın boksçusu Polşada bürünc medal qazanıb
Getty Images/ Jamie Squire

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Polşada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

"Report"un məlumatına görə, Əlimərdanova XII dəfə təşkil olunan ənənəvi yarışda 54 kq çəki dərəcəsində çıxış edib. O, uelsli Çloe Toması və qazaxıstanlı Dina Jolomana qalib gələrək, yarımfinala yüksəlsə də, finala gedən yolda qarşısını Çin Taypeyindən olan Yu Tinq Lin kəsib. Rəqibinə məğlub olan Əlimərdanova turniri bürünc medalla bitirib.

Qeyd edək ki, 19 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan yığması 2 boksçu ilə təmsil olunub. Anna Əlimərdanovadan fərqli olaraq, Yana Alekseyevna (60 kq) 1/8 finalda büdrəyib. O, Mira Potkonenə (Finlandiya) məğlub olub.

Son xəbərlər

Orphus sistemi