Azərbaycanın polislərdən ibarət futbol komandası İtaliyanı məğlub edib

Azərbaycanın polislərdən ibarət futbol komandası İtaliyanı məğlub edib İstanbulda Türkiyə Polis Təşkilatının 174-cü il dönümü ilə əlaqədar polislər arasında futbol üzrə beynəlxalq turnirə start verilib.
Futbol
3 Aprel , 2019 10:11
Azərbaycanın polislərdən ibarət futbol komandası İtaliyanı məğlub edib

İstanbulda Türkiyə Polis Təşkilatının 174-cü il dönümü ilə əlaqədar polislər arasında futbol üzrə beynəlxalq turnirə start verilib. 

“Report”un məlumatına görə, A qrupunda yer alan Azərbaycan komandası ilk turda İtaliyanı 1:0 hesabı ilə məğlub edib. Qrupun digər oyununda Türkiyə Qətərə uduzub – 2:3.

Azərbaycan polisləri bu gün meydan sahibləri ilə qarşılaşacaqlar. Türkiyə Futbol Federasiyasının Rivadakı Hasan Doğan adına Milli Komandaların Təlim-Məşq Bazasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Qrupdakı son matçı isə aprelin 4-də Qətərə qarşı olacaq. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, B qrupunda İspaniya, Bosniya və Herseqovina, Rusiya, Şimali Kipr Türk Respublikası yer alıb. Qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar. Yarışın yarımfinal görüşləri aprelin 5-də, həlledici qarşılaşma isə ayın 6-da olacaq.

Final görüşü Türkiyə Super Liqasında XXVII turun “Qalatasaray” – “Yeni Malatyaspor” maçından öncə “Türk Telekom” stadionunda gerçəkləşəcək. 

Son xəbərlər

Orphus sistemi