Azərbaycanın futbol klubları əmək haqlarına sərf etdikləri vəsaitin məbləğini 26 faiz artırıb

Azərbaycanın futbol klubları əmək haqlarına sərf etdikləri vəsaitin məbləğini 26 faiz artırıb 2016-cı ildə klubların ümumi gəlirləri bir il əvvələ nisbətən 23 faiz yüksəlib
Futbol
16 Avqust , 2017 13:34
Azərbaycanın futbol klubları əmək haqlarına sərf etdikləri vəsaitin məbləğini 26 faiz artırıb

Bakı. 16 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublar tərəfindən əmək haqlarına sərf olunan vəsaitin məbləği 26 faiz artıb.

“Report” xəbər verir ki, bu barədə AFFA-nın Lisenziyalaşdırma qrupunun növbəti illik hesabatında qeyd olunub. Sənəddə bildirilir ki, 2016-cı ildə klubların ümumi gəlirləri bir il əvvələ nisbətən 23 faiz çoxalıb. Ötən il sponsorlardan daxilolmalar klubların ümumi gəlirlərinin 58 faizini təşkil edib. 2015-ci ildə isə bu rəqəm 77 faiz olub. UEFA-dan daxilolmalar isə 20 faizdən 37 faizədək yüksəlib.

Qurumun hazırladığı hesabatda klubların 2015-ci illə müqayisədə 2016-cı ildə Premyer Liqa matçlarına bilet satışından əldə etdikləri ümumi gəlirin 80 faiz, UEFA-nın yarışları üzrə isə 52 faiz azaldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi