Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın 3 klubu bu gün Antalyada yoxlama oyunu keçirəcək

    Xəzər Lənkəran və Neftçinin matçları eyni saatda başlanacaq

    Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın futbol komandalarından 3-ü bu gün yoxlama oyunları keçirəcək. "Report"un məlumatına görə, günün ilk matçında "Xəzər Lənkəran" meydana çıxacaq.

    Elbrus Məmmədovun başçılıq etdiyi komanda Almaniyanın III Bundesliqa təmsilçisi "Kemnitser"lə qarşılaşacaq. İlk oyunda "Tekirdağspor"la 2:2 hesablı sülh bağlayan "ağ-yaşıllar"ın almanlarla keçirəcəyi matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

    Eyni saatda "Neftçi"nin ilk yoxlama oyunu start götürəcək. Paytaxt təmsilçisi Səudiyyə Ərəbistanın "Hajer" klubu ilə üz-üzə gələcək. 

    Saat 19:00-da isə "Qəbələ" Türkiyə Super Liqasında çıxış edən "Əskişəhərspor"u sınağa çəkəcək. Bu, baş məşqçi Roman Qriqorçukun komandasının ikinci yoxlama matçı olacaq. "Qırmızı-qaralar" İlk yoxlama matçında Hollandiya PSV-si ilə qolsuz heç-heçə edib.

    Qeyd edək ki, komandalar yanvarın sonunda Azərbaycana qayıdacaqlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi