Yuxarı

​Azərbaycanın 2 hakimi Avropa Liqasına təyinat alıb

Azərbaycanlı hakimlərdən biri Bolqarıstan, digəri isə Lüksemburqda meydana çıxacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanın FİFA referiləri Orxan Məmmədov və Rəhim Həsənov Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıblar. "Report"un məlumatına görə, azərbaycanlı hakimlərdən biri Bolqarıstan, digəri isə Lüksemburqda meydana çıxacaq.

Bolqarıstanda keçiriləcək "Beroe" və "Atlantas" (Litva) arasında keçiriləcək qarşılaşma O.Məmmədova tapşırılıb. Ona Yaşar Abbasov, Vaqif Musayev və Ramil Əhmədov kömək edəcək.

R.Həsənov isə Lüksemburqda "Dyudelanj" və "University College Dublin" (İrlandiya) komandaları arasında baş tutacaq görüşü idarə edəcək. Qarşılaşmada onunla yanaşı Namiq Hüseynov, Rza Məmmədov və Əliyar Ağayev də iştirak edəcək.

Hər iki görüş qarşılaşma iyulun 9-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi