Yuxarı

Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığması Avropa çempionatının ilkin seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığması Avropa çempionatının ilkin seçmə mərhələsinə qələbə ilə başlayıb
Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv Ukrayna millisini məğlub edib

Bakı. 25 oktyabr. REPORT.AZ/ 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Albaniyanın paytaxtı Tirana şəhərindəki Kamza stadionunda Ukrayna komandası ilə qarşılaşan Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv 2:0 hesabı ilə qalib gəlib. Qolları 40-cı dəqiqədə Merve Özdemir, 90+3-cü dəqiqədə isə Vüsalə Seyfəddinova vurub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını oktyabrın 28-də İspaniya millisinə qarşı keçirəcək. Kamza stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi