Azərbaycan yığmasının Valentin Qranatkinin xatirə turnirindəki rəqibləri müəyyənləşib

Azərbaycan yığmasının Valentin Qranatkinin xatirə turnirindəki rəqibləri müəyyənləşib Oyunların təqvimi yaxın günlərdə açıqlanacaq
Futbol
16 Dekabr , 2016 17:00
Azərbaycan yığmasının Valentin Qranatkinin xatirə turnirindəki rəqibləri müəyyənləşib

Bakı. 16 dekabr. REPORT.AZ/ FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmələr arasında keçiriləcək beynəlxalq turnirin püşkü atılıb.

"Report"un məlumatına görə, Azərbaycanı təmsil edəcək 19 yaşadək futbolçulardan ibarət milli komanda C qrupuna düşüb. Təbriz Həsənovun baş məşqçi olduğu komanda Litva, Slovakiya və Qazaxıstana rəqib olub.

Tacikistan, Yunanıstan, Bolqarıstan və Estoniya A, Latviya, Belarus, Rusiya və Hindistan B, Moldova, Sloveniya, İran və Sankt-Peterburq isə F qrupunda yer alıb.

Oyunların təqvimi yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, turnir gələn il yanvarın 7 - 22-də Sankt-Peterburq İdman-Konsert Kompeksində təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi